BİZNES

03 Mart

Bakıda elektrik enerjisi istehsalı 22% azalıb

Ötən il Bakıda 7 milyard 599 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.

Finss.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il istehsal edilən elektrik enerjisinin həcmi əvvəlki illə müqayisədə 2 milyard 143 milyon kVt-saat və ya 22% azalıb. Belə ki, 2023-cü ildə Bakıda istehsal edilən elektrik enerjisinin həcmi 9 milyard 742 milyon kVt-saat idi.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il ərzində 26,7 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,7% azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ildə 1 321,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Fuad Mədətov
Finss.az