Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, hökumətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəlikləri daxil olmaqla qlobal borc ehtiyatı 2024-cü ildə 7,2 trilyon dollar artaraq rekord həddə - 318,4 trilyon dollara çatıb.
Finss.az xəbər verir ki, IIF qeyd edib ki, ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti nəticəsində borcun 16 trilyon dollar artdığı 2023-cü ildəkindən artım xeyli aşağı olub.
Keçən il qlobal iqtisadi artımın yavaşlaması nəticəsində borcun ÜDM-ə nisbəti 1,5 faiz bəndi artaraq 328%-ə çatıb. Göstəricidə artım dörd il ərzində, yəni COVID-19 pandemiyasından sonra ilk dəfə qeydə alınıb.
2024-cü ildə qlobal borcun artımının təxminən 65%-i Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyə başda olmaqla inkişaf etməkdə olan bazarlardan gələcək. Yetkin bazarlarda borc yığılması əsasən ABŞ, Böyük Britaniya, Kanada və İsveçdə baş verib.