Fins.az - Belçikada yerləşən Euroclear depozitarı, 2 dekabrdan etibarən 10 Rusiya şirkətinin avrobonoları üzrə hesablamaları bərpa edib.
Euroclear, müvafiq bildirişi öz müştərilərinə göndərib. Depozitarın qərarı, Mind Money şirkətinin CEO-su Yuliya Xandoşko və BGP Litigation hüquq firmasının uyğunluq və sanksiya hüququ üzrə vəkili İrina Rotaçkova tərəfindən təsdiqlənib. Siyahıya Rusiya şirkətləri "Rusal", RJD və "Evraz"ın avrobonoları daxildir.
Bu addım, investorların həmin qiymətli kağızları Rusiya depozitar hesablarına köçürməsinə və onları emitentlərə təqdim edərək əvəzləməsinə imkan verir.
Əvvəlcə Euroclear, yeni sanksiyalara uyğunluğu yoxlamaq məqsədilə hesablamaları müvəqqəti olaraq dayandırmışdı. Lakin ətraflı təhlildən sonra depozitar, hər hansı bir pozuntu aşkar etmədiyini və hesablamaların davam etdirilməsinin mümkün olduğunu açıqlayıb.