Amerika media şirkəti Warner Bros. Discovery 2024-cü ilin dördüncü rübündə xalis zərərini 23% artırdı, lakin 2025-ci il üçün yaxşı proqnoz verdi.
Finss.az xəbər verir ki, oktyabr-dekabr aylarında şirkətin xalis zərəri bir il əvvəl 400 milyon dollar və ya hər bir səhm üçün 16 sentlə müqayisədə 494 milyon dollar və ya hər səhm üçün 20 sent təşkil edib.
Gəlir bir il əvvəl 10,284 milyard dollardan 2,5% azalaraq 10,027 milyard dollara düşüb. O cümlədən reklam gəlirləri 12% azalaraq 1,83 milyard dollar təşkil edib.
FactSet-in sorğusuna qatılan analitiklər orta hesabla şirkətin 10,179 milyard dollar gəlirlə səhm başına 2 sent itirəcəyini təxmin ediblər.
Son rübdə düzəliş edilmiş EBITDA 10% artaraq 2,722 milyard dollara çatıb.