Finss.az - Qazaxıstan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 1,7 milyon tona qədər artırmağı planlaşdırır.
"KazMunayQaz" (KMQ) idarə heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziyevin sözlərinə görə, SOCAR-la bağlanmış saziş çərçivəsində bu istiqamətdə tranzit ötən il 27% artaraq 1,4 milyon tona çatıb. Bu il isə həcmin 1,7 milyon tona yüksəldilməsi nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ildə KMQ və SOCAR arasında neft tranziti ilə bağlı baş saziş imzalanıb. 2023-cü ilin mart ayında Kaşaqan yatağından Azərbaycana ilk 7 min ton neftin sınaq nəqli həyata keçirilib.
Ümumilikdə, 2024-cü ildə Qazaxıstandan daşınan neftin həcmi 83,5 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.
Zemfira Ms
Finss.az