Finss.az - 2024-cü ilin yanvar ayında Azərbaycana 645 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu nəqliyyat vasitələrinin ümumi dəyəri 7,1 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın miqdarı 30,3% artsa da, ümumi dəyəri 20,1% azalıb. Əvvəlki il idxal olunan bir yük nəqliyyat vasitəsinin orta qiyməti 18 min ABŞ dolları idisə, bu il həmin göstərici 11 min ABŞ dollarına düşüb, yəni 38,9% ucuzlaşıb.
Yanvarda Azərbaycana ümumilikdə 7,6 min ədəd avtomobil idxal olunub və bu nəqliyyat vasitələrinin ümumi dəyəri 139 milyon ABŞ dolları təşkil edib.
Zemfira Ms
Finss.az