BİZNES

27 Fevral

Azərbaycan iqtisadiyyatı ötən il 4.1% artım göstərib

Finss.az - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Regional İqtisadi Perspektivlər hesabatına görə, 2024-cü ildə Azərbaycanın ÜDM artımı 4.1 faizə çatıb. Bu göstərici 2023-cü ildəki 1.1 faizlə müqayisədə əhəmiyyətli yüksəlişi əks etdirir.

İqtisadi artımın əsas drayverləri qeyri-neft sektorundakı 6.2 faizlik yüksəliş, dövlət investisiyaları və infrastruktur layihələri olub. Eyni zamanda, inflyasiya nəzarətdə saxlanılaraq ilin sonunda 4.9 faiz təşkil edib.

Gələcək proqnozlara əsasən, 2025-ci ildə ÜDM artımı 3 faizə, 2026-cı ildə isə 2.5 faizə qədər azalacaq. Lakin Orta Dəhliz layihəsi və dövlət investisiyaları Azərbaycanın iqtisadi perspektivinə müsbət təsir göstərə bilər.

AYİB indiyədək Azərbaycanda 190-dan çox layihəyə 4 milyard avrodan çox sərmayə yatırıb və iqtisadiyyatın şaxələndirilməsinə dəstək verməyə davam edir.
 

Zemfira Ms
Finss.az