BİZNES

06 Dekabr

Sosial xidmət müəssisələrinə nəqliyyat dəstəyi artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli Sosial Xidmətlər Agentliyi 3 yeni avtobus alır.

Fins.az xəbər verir ki, bu nəqliyyat vasitələri sosial xidmət müəssisələrinin istifadəsi üçün nəzərdə tutulub. Avtobusların istehsal ilinin ən azı 2023-cü il olması tələb edilir.

Avtobusların təhvilini “Azərmaş Park” MMC həyata keçirəcək. Sövdələşmənin ümumi dəyəri 720 min manatdır.