Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində daşınmaz əmlak üzərində 378.495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 64.454-ü (17%) ilkin, 314.041-i isə (83%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ildə fərdi yaşayış və bağ evi üzərində - 63.006, mənzil üzərində - 85.938, torpaq sahəsi – 216.583, qeyri-yaşayış binası – 3.397, qeyri-yaşayış sahəsi – 8.684, əmlak kompleksi - 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96.268-i (25,4%) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
2024-cü il ərzində 286.092 texniki pasport tərtib edilib, 73.809 ipoteka müqaviləsi qeydiyyata alınıb.


Zemfira Ms
Finss.az