BİZNES

27 Fevral

Son beş ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb – CƏDVƏL

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 143,477 milyon ton olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 9,261 milyon ton və ya 6,9%, son beş ilin göstəriciləri ilə müqayisədə isə 31,959 milyon ton, yaxud da 28,6% çoxdur.

Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 134,216 milyon ton, 2020-ci ildə isə 111,518 milyon ton olub.

2020-2024-cü illərdə Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin ümumi həcmi 627 milyon 758 min ton təşkil edib.

Son 5 ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.

İllər Daşınmış yüklərin həcmi
2024 143 477 min ton
2023 134 216 min ton
2022 126 025 min ton
2021 112 522 min ton
2020 111 518 min ton
Cəmi 627 758 min ton

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi 10,2 milyon ton olub, Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.