BİZNES

27 Fevral

Son 10 ildə Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi artıb – CƏDVƏL

Ötən il Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi 238,843 milyon ton olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə, 8,946 milyon ton və ya 3,9%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 16,470 milyon ton, yaxud da 7,4% çoxdur.

Belə ki, Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi 2023-cü ildə 229,897 milyon ton, 2015-ci ildə isə 222,373 milyon ton olub.

2015-2024-cü illərdə Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi 2 milyard 206 milyon 673 min ton təşkil edib

Son 10 ildə Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi aşağıdakı cədvəldə göstərilib.

İllər Daşınmış yüklərin həcmi
2024 238 843 min ton
2023 229 897 min ton
2022 218 716 min ton
2021 193 903 min ton
2020 188 629 min ton
2019 235 288 min ton
2018 230 144 min ton
2017 226 419 min ton
2016 222 461 min ton
2015 222 373 min ton
Cəmi 2 206 673 min ton

Qeyd edək ki, ötən il yüklərin 18,530 milyon tonu dəmir yolu, 8,621 milyon tonu dəniz, 411 min tonu hava, 67,802 milyon tonu boru kəməri, 143,477 milyon tonu isə avtomobil nəqliyyatı vasitəsilə daşınıb.