BİZNES

27 Fevral

Azərbaycanda neft kəməri vasitəsilə daşımalar son 10 ildə artıb –CƏDVƏL

Ötən il Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 38,752 milyon ton olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon ton və ya 2,5%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 6,92 milyon ton, yaxud da 15,2% azdır.

Belə ki, Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 2023-cü ildə 39,753 milyon ton, 2015-ci ildə isə 45,672 milyon ton olub.

2015-2024-cü illərdə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların ümumi həcmi 398 milyon 663 min ton təşkil edib

Son 10 ildə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi aşağıdakı cədvəldə göstərilib.

İllər Daşınmış yüklərin həcmi
2024 38 752 min ton
2023 39 753 min ton
2022 37 782 min ton
2021 35 018 min ton
2020 34 720 min ton
2019 38 787 min ton
2018 41 491 min ton
2017 42 559 min ton
2016 44 129 min ton
2015 45 672 min ton
Cəmi 398 663 min ton

Qeyd edək ki, ötən il Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 67,802 milyon ton olub ki, bu da, illik müqayisədə 0,3% və ya 235 min ton azdır. 2023-cü ildə Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 68,037 milyon ton idi.