BİZNES

06 Dekabr

Avropa İttifaqı Türkiyədən quş əti alacaq

Fins.az - Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Türkiyənin quş əti emalı müəssisələrindən 8-nin artıq Avropa İttifaqına ixracat edə biləcəyini açıqlayıb.

Nazir bildirib ki, bu müəssisələr termiki emala məruz qalmış quş ətini Avropa bazarına çıxarmaq hüququna malikdirlər.

Yumaklı, bu addımın Türkiyə üçün iqtisadi baxımdan mühüm bir inkişaf olduğunu vurğulayıb və Avropa İttifaqı ilə ticarət əlaqələrinin daha da güclənəcəyini qeyd edib. O, həmçinin, bu ixracatın Türkiyənin kənd təsərrüfatı sektoruna və xüsusən də quş əti istehsalçılarına əlavə dəyər qatacağına inandığını ifadə edib.