BİZNES

27 Fevral

Azərbaycana idxal edilən naftalinin dəyəri 4,5 dəfə artıb

Ötən il Azərbaycana idxal edilən naftalinin miqdarı 11,3 ton olub.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına çəkilən xərcin dəyəri 52,2 min ABŞ dolları təşkil edib.

Naftalin idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 5,6 ton və ya 2 dəfə, dəyər ifadəsi ilə 40,5 min ABŞ dolları, yaxud da 4,5 dəfə artıb.

Belə ki, 2023-cü ildə Azərbaycana idxal olunmuş 5,7 ton naftalinin dəyəri 11,7 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycana Çindən (2,3 ton, 6,3 min ABŞ dolları) və İtaliyadan (9 ton, 45,9 min ABŞ dolları) naftalin idxal edilib.