BİZNES

27 Fevral

Ötən ay Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 3,1 milyard manat olub

Bu ilin yanvar ayında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 3,1 milyard manat olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 142 milyon manat və ya 4,4% azdır. Belə ki, 2023-cü ilin yanvar ayında xam neft və təbii qaz hasilatının dəyəri 3,25 milyard manat təşkil edib.

Ümumiyyətlə, son illərdə Azərbaycanda xam neft və təbii qaz hasilatında azalma müşahidə olunur. 2024-cü ilin yanvar ayında bu sektorun dəyəri əvvəlki illə müqayisədə 1,4 milyard manat və ya 29,8% azalıb. 2023-cü ilin yanvarında isə bu rəqəm 4,65 milyard manat olub.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda xam neft və təbii qaz hasilatının ümumi dəyəri 38 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az