BİZNES

26 Fevral

Azərbaycanda yük və sərnişin daşınması artıb

2025-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda 18,4 milyon ton yük və 157,2 milyon sərnişin daşınıb.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 5,5% və sərnişin daşınmasında 7,9% artım deməkdir.

Fuad Mədətov
Finss.az