Bu gün Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.
Fins.az xəbər verir ki, Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklər təqdim edən restoranlar mövcuddur.
Mərkəzin əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələrinə şərait yaratmaqdır.
Tezliklə, Mərkəzdə "Türk Obası"nın istifadəyə verilməsi planlaşdırılır. Burada türk dövlətləri iqtisadi imkanlarını birləşdirə biləcəklər.
Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kiprdə istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəz həmçinin, türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı təqdim edəcək.
Fuad Mədətov
Fins.az