BİZNES

05 Dekabr

Türkiyə Səfirliyi Azərbaycana investisiya yatırmaq istəyən 86 araşdırma aparıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət müşavirliyi ölkəmizə investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 dəfə araşdırma aparıb.

Fins.az xəbər verir ki, bunu səfir Cahit Bağçı Dünya Türk Biznes Şurası (DTİK) Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə bildirib.

Bundan başqa, onun sözlərinə görə, 11 ay ərzində sahibkarların 300-dən çox tələbi yerinə yetirilib və biznesmenlərdən və şirkətlərdən gələn 8 mindən çox sorğuya cavab verilib.

"Türkiyənin hər yerindən 60-a yaxın ticarət və sənaye palatası səfirliyə dəvət olunub və məlumatlandırılıb. Nümayəndə heyətlərinə Azərbaycandakı investisiya imkanları barədə bəhs etmişik, müxtəlif tədbirlər həyata keçirmişik", - deyə səfir qeyd edib.

Fuad Mədətov
Fins.az