2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 7,5 milyard ABŞ dolları olub ki, bu da iki ölkənin müəyyən etdiyi 15 milyard dollarlıq hədəfin 50%-inə çatmaq deməkdir.
Fins.az xəbər verir ki, bu barədə Dünya Türk Biznes Şurasının (DTİK) Azərbaycan üzrə nümayəndəsi Barış Altiparmak Türkiyə Səfirliyinin ev sahibliyi ilə keçirilən Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə məlumat verib.
"O cümlədən, bu il də ticarətimizdə artım gözləyirik. Hədəfimiz böyükdür və qarşıda görüləcək çox iş var. Azərbaycan iqtisadiyyatının canlanmasında investorların rolu danılmazdır. Azad iqtisadi zonalar, sənaye və texnologiya parklarında investorlara təqdim edilən imkanlar böyük əhəmiyyət daşıyır", - deyə o əlavə edib