2016-cı ildən bəri İranın Azərbaycana birbaşa xarici investisiyaları iki dəfədən çox artıb.
Bu barədə Finss.az Avrasiya İnkişaf Bankının (AİB) hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu tendensiya, iki ölkə arasındakı iqtisadi əlaqələrin gücləndiyini və İran şirkətlərinin Azərbaycanda müxtəlif sektorlar üzrə investisiyalarını genişləndirdiyini göstərir.
2017-ci ildən etibarən Neftçala rayonunda “Xəzər” avtomobillərinin istehsalı layihəsi həyata keçirilir. Bu zavod “AzKron” brendi altında fəaliyyət göstərir və "Azevrocar" müştərək müəssisəsinə məxsusdur.
Mülkiyyət strukturu:
- 75% – Azərbaycan şirkəti “AzerMash” qrupuna məxsusdur.
- 25% – İranın ən böyük avtomobil istehsalçılarından biri olan "Iran Khodro" şirkətinə aiddir.
Bu layihə İranın Azərbaycan avtomobil bazarına uzunmüddətli sərmayə qoyuluşunun bir hissəsi kimi qiymətləndirilir və gələcəkdə iki ölkə arasında sənaye sahəsində daha sıx əməkdaşlığın əsasını qoya bilər.
Fuad Mədətov
Finss.az