BİZNES

05 Dekabr

2015-ci ildən fəaliyyət göstərən şirkət bağlanır

Almaniyanın “Rhenus Freight East Gmbh” daşınma şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edildiyini elan edib.

Fins.az, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49/C ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Zuban Yekaterina İqoryevnadır.