BİZNES

05 Dekabr

"Zireh" MMC dövlət qeydiyyatına alınıb

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yeni "Zireh" MMC-ni dövlət qeydiyyatına alıb. Şirkət, Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106 ünvanında yerləşir və nizamnamə kapitalı 6 milyon manatdır.

Şirkətin qanuni təmsilçisi Abas Nazir oğlu Quliyevdir, o həm də Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC-nin direktorudur.

"Zireh" MMC-nin Müşahidə Şurasının üzvləri, MSN-nin Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Baş Maliyyə Direktoru Orxan Aydın oğlu Yusibov və Fərahim Pərviz oğlu Hüseynzadədir.