Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da bu ilin ilk on ayı ərzində KOB inkişafı mərkəzlərinin ödənişsiz təlimlərindən, məsləhət və mentorluq xidmətlərindən 10 mindən çox şəxsin faydalandığını bildirib.
Məmmədov, sahibkarların və startapların müasir iqtisadi mühitə uyğunlaşması üçün kadr potensialının gücləndirilməsi və bacarıqlarının artırılmasının prioritet olduğunu vurğulayıb. O, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə və startaplara müxtəlif ödənişsiz xidmətlərin göstərildiyini əlavə edib.