İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da çıxış edərək, Azərbaycanda 182 KOB-un "Startap" şəhadətnaməsi aldığını açıqlayıb.
Fins.az xəbər verir ki, o, rəqəmsallaşma və innovativ biznes modellərinin inkişafının KOBİA tərəfindən maliyyələşdirildiyini vurğulayıb. Hər il keçirilən qrant müsabiqələri nəticəsində startap və sahibkarlara 1,4 milyon manat maliyyə dəstəyi verilib. Bu proses, sahibkarlara yalnız maliyyə deyil, həm də şəbəkə qurmaq və təcrübə toplamaq imkanı da təqdim edir.
2021-ci ildən etibarən "Startap" şəhadətnaməsi verilməyə başlanılıb, bu şəhadətnamə sahibkarlara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə vergilərdən azadlıq imkanı yaradır.