2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 19,82 milyon kubmetr azot istehsal edilib.
Fins.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,3% və ya 2,32 milyon kubmetr artım deməkdir. Keçən ilin ilk 10 ayında bu göstərici 17,49 milyon kubmetr idi.
1 noyabr 2024-cü il tarixinə hazır məhsul ehtiyatı 44 min kubmetr təşkil edir.