BİZNES

04 Dekabr

Türkiyədən 1,5 milyard dollarlıq dəri ixrac edilib

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 20,8 faiz azalaraq 15,3 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, noyabr ayında Türkiyədən Azərbaycana dəri məhsulları ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq 1,2 milyon dollara çatıb.

Eyni dövrdə Türkiyənin ümumi dəri məhsulları ixracatı 18,7 faiz azalaraq 1 milyard 416 milyon 716 min dollara enib. Noyabr ayında bu göstərici keçən ilin eyni ayına nisbətən 5,8 faiz azalaraq 116 milyon 680 min dollar olub.

Son 12 ay ərzində (noyabr 2023 - noyabr 2024) Türkiyə ümumilikdə 1 milyard 532 milyon 239 min dollar dəyərində dəri məhsulları ixrac edib.