İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı və “MeetUp Networking Club” ilə Latviyanın “STC” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Fins.az xəbər verir ki, sənədə əsasən Latviyanın “STC” şirkəti Azərbaycan şirkətlərinə beynəlxalq sertifikatların alınması üzrə təlim və seminarlar təşkil edəcək.
“Azexport.az” portalının rəhbəri A.Qədəşov bildirib ki, “Hazırda Azərbaycanda yetişdirilən, həmçinin dərin emal nəticəsində ərsəyə gətirilən aqrar sənaye məhsulları Avropa, Amerika və Çin bazarında marağa səbəb olub. Portala bu regionlardan Azərbaycan məhsulları üzrə sorğular tez-tez daxil olur. Bu tələb son zamanlar ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən sonra daha da artıb. Daxil olan ixrac sorğularının icrası ilə bağlı olaraq yerli sahibkarlarla yaxından əməkdaşlıq edirik. Hazırda başlıca məqam bu ölkələrə ixrac zamanı tələb olunan norma və standartların təmin olunmasıdır. Bu məqsədlə “STC” şirkətinin və “Meetup” klubun dəstəyi biz yerli sahibkarlara bu istiqamətdə uğurlu təlim və seminarlar təşkil edəcəyik."
Zemfira Ms
Fins.az