BİZNES

04 Dekabr

Kirayə mexanizmi çərçivəsində yeni mənzillər alınacaq

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri üzrə yaşayış sahələri satın alacaq.

Fins.az, dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, alınacaq yaşayış sahələri Bakı şəhəri və onun qəsəbə və kəndlərini əhatə edən 9-cu və 10-cu zonalarda yerləşəcək. Bu məqsədlə 144,2 milyon manat (144 milyon 200 min manat) məbləğində vəsait ayrılması planlaşdırılır.

Tələblər:

  • Təqdim edilən yaşayış sahələri eyni binada və ya bina kompleksində yerləşməlidir. Müxtəlif binalardan mənzillər qəbul edilməyəcək.
  • Yaşayış sahələri, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təqdim edilməlidir.
  • Mənzillər 1, 2, 3 və ya 4 otaqlı olmalıdır.
  • Yaşayış sahələri yalnız 2013-cü il yanvarın 1-dən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun inşa edilmiş binalarda yerləşməlidir.

Bu mexanizm vasitəsilə vətəndaşların mənzilə olan tələbatının daha səmərəli qarşılanması nəzərdə tutulur.