Aİ Rusiyadan və “Rusiya hərbi-sənaye kompleksini birbaşa dəstəkləyən” 53 şirkətə qarşı məhdudiyyətləri gücləndirir.
Finss.az xəbər verir ki, “Bu şirkətlərə münasibətdə, ikili təyinatlı mal və texnologiyaların tədarükünə, habelə Rusiya müdafiə sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verən mal və texnologiyaların tədarükünə ixrac məhdudiyyətləri sərtləşdiriləcək”. - Aİ Şurasının bəyanatında deyilir.
“Onların üçdə biri Rusiya, qalanları isə Çin (o cümlədən Honq-Konq), Hindistan, Qazaxıstan, Sinqapur, Türkiyə, BƏƏ və Özbəkistandandır”, - sənəddə qeyd edilir: “Bu şirkətlər ticarət məhdudiyyətlərini dəf etmək və xüsusən də pilotsuz təyyarələr və raketlər üçün lazım olan materialları tədarük etməkdə iştirak edirlər”.
“Bundan əlavə, bugünkü qərara uyğun olaraq, məhdudlaşdırıcı siyahıya hərbi istehsalı asanlaşdıran kimyəvi prekursorlar, kompüterin ədədi nəzarət proqramları, xrom birləşmələri və pilotsuz uçan aparatların idarə edilməsi üçün istifadə olunan nəzarətçilər kimi materiallar daxil edilməklə genişləndirilib”, - məlumatda deyilir.