Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi satışa çıxarılıb.
Fins.az elektron hərrac platformasına istinadən xəbər verir ki, hərrac 2024-cü ilin dekabrın 22-də baş tutacaq.
32 653.75 kvadrat metrlik bu qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat olaraq təyin edilib. Hərracda iştirak haqqı 15 manat, iştirak üçün behin məbləği isə 6 milyon manat olaraq müəyyənləşdirilib.
Hərrac açıq auksion formasında elektron qaydada keçiriləcək.