Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında əldə edilən məlumata görə, “Vest-LTD” QSC-nin dövlət qarşısında vergi borcu mövcuddur.
Şirkətin vergi borcu 11 914 650.84 manat olaraq qeyd olunub. Bu məbləğ 23 fevral 2024-cü il tarixinə əsasən açıqlanıb.
QSC, 2010-cu ildə yaradılmış və nizamnamə kapitalı 2050 manatdır. Şirkətin qanuni təmsilçisi isə Şahin Verdəliyevdir.
Vergi borcunun mövcudluğu, şirkətin maliyyə vəziyyəti və mümkün tədbirlər barədə əlavə məlumat verilməyib.