Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunduğunu elan edib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində bildirilir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 62 küçəsi, ev Marine Plaza Biznes Mərkəzi 14-cü mərtəbə ünvanına bildirə bilərlər.
"Azərkontrakt" ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 538 682 manat olan ASC-nin qanuni təmsilçisi Qənbərov Miri Əhəd oğludur.
Eyni zamanda, "Azərkontrakt" ASC-nin "Avtomobil-Nəqliyyatı" Təsərrüfatı da ləğv edildiyini elan edib. Kreditorlar iki ay ərzində tələblərini AZ-1026 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti küçəsi, ev 108, 2-ci mərtəbə ünvanına bildirə bilərlər. "Avtomobil-Nəqliyyatı" Təsərrüfatının qanuni təmsilçisi Orucov Allahverdi Məhərrəm oğludur.