United Airlines Holdings-in baş maliyyə direktoru Mayk Leskinen bildirib ki, ABŞ dövlət işçiləri üçün uçuşların tezliyi Prezident Donald Trampın andiçmə mərasimindən sonra bir ayda azalıb.
Finss.az xəbər verir ki,CNBC qeyd edir ki, bu tendensiya Tramp və onun müşaviri, iş adamı İlon Maskın xərcləri azaltmaq və hökumətin səmərəliliyini artırmaq vədləri ilə əlaqələndirilə bilər.
Bir şirkət sözçüsü bildirib ki, hökumətin səyahətləri United-in gəlirinin yalnız 2 faizini təşkil edir. 2024-cü ildə sərnişindaşıma sektorunun gəliri təxminən 52 milyard dollar təşkil edib.
Leskinenin fikrincə, hökumət seqmentində tələbin azalması digər sahələrdə artımla, xüsusən də məşhur istirahət yerlərinə beynəlxalq reyslərə güclü tələbatla kompensasiya edilir.
Son 12 ayda United-in bazar dəyəri təxminən 2,3 dəfə artaraq 33,7 milyard dollara çatıb.