BİZNES

21 Fevral

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tender elan etdi

Finss.az - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər, www.asco.az səhifəsinə daxil olmaqla, elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatları əldə edə bilərlər. Müraciət üçün son müddət 2025-ci il fevralın 27-si, saat 17:00-dəkdir.

Təqdim edilən sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildə təqdim edilən tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Qeyd edək ki, göstərilən vaxtdan sonra təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132
Ünvan: Bakı, Mikayıl Useynov küçəsi 2