BİZNES

21 Fevral

Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb

Finss.az - Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,9 dəfə artaraq 193,9 milyon dolları üstələyib.

Azərbaycandan Böyük Britaniyaya ixrac: 73,5 milyon dollar (+165,8 dəfə)

Böyük Britaniyadan Azərbaycana idxal: 120,4 milyon dollar (+7,6 dəfə)

Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 3,81 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3,27 faiz bəndi çoxdur.