Finss.az xəbər verir ki, Böyük Britaniyada pərakəndə satışlar yanvarda əvvəlki ayla müqayisədə 1,7% artıb, Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.
Artım tempi ötən ilin may ayından bəri ən yüksək göstərici olub.
Bloomberg-ə görə, analitiklər orta hesabla 0,5% artım proqnozlaşdırırdılar.
Ötən ilin dekabrında, yenidən işlənmiş məlumatlara görə, satışlar əvvəllər elan edildiyi kimi 0,3% deyil, 0,6% azalıb.