BİZNES

20 Fevral

Renault 7,4% gəlir artımı ilə illik mənfəətini təxminən üç dəfə azaltdı

Fransız avtomobil istehsalçısı Renault SA 2024-cü ildə gəlirini 7,4% artırsa da, xalis mənfəəti təxminən 3 dəfə azalıb.

Finss.az xəbər verir ki, 2024-cü ildə şirkətin xalis mənfəəti bir il əvvəl 2,198 milyard avro ilə müqayisədə 752 milyon avro təşkil edib. Rəqəm Nissan səhmlərinin satışının mənfi təsirini və Renault-un Yaponiya avtomobil istehsalçısına yatırdığı sərmayənin dəyərdən düşməsini nəzərə alır.

Əməliyyat mənfəəti 2023-cü ildəki 2,485 milyard avrodan 2,576 milyard avroya yüksəldi.