BİZNES

20 Fevral

“Apple” və “Google” dünyanın ən dəyərli brendləri arasında liderliyi qoruyublar

Interbrand Corp-un məlumatına görə, 2017-ci ilin 100 aparıcı qlobal brendi siyahısına Apple, Google və Microsoft başçılıq edir. Eyni zamanda, “Apple” və “Google” beşinci ildir ki, liderliklərini qoruyub saxlayırlar, “Microsoft” isə “Coca-Cola”nı üçüncü yerdən sıxışdırıb.

Finss.az xəbər verir ki, Apple brendi bir il ərzində 3 faiz artaraq 184,15 milyard dollar dəyərində qiymətləndirilir, Google brendi isə 6 faiz artaraq 141,7 milyard dollara çatıb. “Microsoft” brendi də ötən illə müqayisədə yüksək qiymətləndirilir, demək olar ki, 80 milyard (10 faiz artım).