BİZNES

20 Fevral

Azərbaycanda şəkər ixracının dəyər və həcmi artıb

Bu ilin yanvar ayında ölkədən 1,4 milyon ABŞ dolları dəyərində 2,1 min tondan çox şəkər ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin ilk ayının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 35,6 faiz və ya 368,8 min dollar, həcmi isə 51,5 faiz və ya 722,5 ton artıb.

2025-ci ilin ilk ayı ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,05 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,57 faizə bərabər olub.

Fuad Mədətov
Finss.az