Cari ilin yanvar ayında Azərbaycana 4 min 91 ton ət idxal edilib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxal dəyəri 9,1 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalının miqdarı 319 ton və ya 7,2% azalıb, dəyəri isə 551 min ABŞ dolları, yaxud da 6,5% artıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana idxal olunan 4 min 410 ton ətin dəyəri 8,5 milyon ABŞ dolları olub.
Ət idxalının ötən ay üzrə ümumi idxalda payı 0,44% təşkil edib.
Qeyd edək ki, ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur. Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.
Fuad Mədətov
Finss.az