BİZNES

19 Fevral

Aİ komissarı Şefçoviç ABŞ-la bərabər ticarət danışıqları aparmağa çalışacaq

Avropa İttifaqının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçin Vaşinqtona səfəri bərabərhüquqlu ticarət münasibətləri üzrə dialoq çərçivəsində planlaşdırılır, lakin Avropa İttifaqı öz maraqlarını müdafiə etməyə hazırdır, AK nümayəndəsi Olof Gill brifinqdə bildirib.

Finss.az xəbər verir ki, o, Aİ komissarının ABŞ-a səfərini şərh etmək istəyinə cavab verib: "Yalnız deyə bilərəm ki, hər hansı bir ehtimala hazır olduğumuzu xatırlatmaqdır. Biz buna bir ildən artıqdır ki, hazırlaşırıq".

Onun sözlərinə görə, Aİ Amerika tərəfi ilə dialoq aparır və bu dialoq çərçivəsində Şefçoviçin çərşənbə günü səfəri təşkil olunub.

"İdeya ondan ibarətdir ki, hər iki tərəf üçün faydalar (bərabər ticarətdən - ƏG) var: həm bizim, həm də amerikalılar üçün. Lakin biz öz maraqlarımızı da müdafiə etməyə hazırıq", - Gill bildirib.

O hesab edir ki, bu prosesin sonrakı inkişafı barədə danışmaq hələ çətindir.