BİZNES

29 Noyabr

Abşeronun qədim tarixi abidəsinin bərpa işlərinə 693 min manat ayrıldı

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Kiçik Mərdəkan qəsri" bərpa olunacaq.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbətr verir ki, bu işlərə Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlıqlara başlayıb.

Qurum, layihə üçün 693.509,60 AZN (693 min 509 manat 60 qəpik) vəsaitin sərf olunacağını gözləyir.

Kiçik Mərdəkan qəsri, Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biri olaraq, Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə əks etdirir. Tarixi abidənin XIII-XIV əsrlərdə inşa edildiyi məlumdur.

Strateji əhəmiyyətə malik olan bu tikili, düşmən təhlükəsi ilə bağlı məlumatı qısa müddətdə lazımi ünvanlara çatdırmaq imkanına malik olub.

Fuad Mədətov
Fins.az