BİZNES

18 Fevral

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 11,6% artıb

2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.

Finss.az xəbər verir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6 faiz artıb.

Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşüb.

Fuad Mədətov
Finss.az