Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) gələn il Latviyaya ixrac missiyası təşkil edəcək.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev, Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
Yusif Abdullayev qeyd edib ki, keçən ilin sentyabrında nümayəndə heyəti Riqada keçirilən 28-ci Qida Məhsulları Sərgisində iştirak edib. Əvvəllər də şirkətləri dəstəkləmək məqsədilə ixrac missiyası təşkil ediblər. Gələn il isə bu sərgidə yenidən iştirak etməyi və "Riga Food" sərgisində Azərbaycan şirkətlərinin beynəlxalq mövcudluğunu gücləndirmək məqsədilə daha bir missiya təşkil etməyi planlaşdırırlar.
İcraçı direktor əmin olduğunu bildirib ki, Azərbaycan şirkətləri bu mühüm tədbirdə məmnuniyyətlə iştirak edəcəklər.