BİZNES

17 Fevral

“Azərbaycan İnvestisiya Şirkəti” ASC ən çox vergi ödəyən şirkələrin arasında yer tutub

Dövlət Vergi Xidməti 2024-cü ildə ölkədə ən çox vergi ödəyən 100 şirkətin siyahısını açıqlayıb.

Finss.az xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin bu siyahıda yer alması, onun ölkə iqtisadiyyatında və sosial sferada mühüm rol oynadığını, eləcə də strateji əhəmiyyətə malik olduğunu göstərir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC  31.4 milyon manatla odənilən vergi məbləğilə 41-ci yerdədir.

Fuad Mədətov
Finss.az