Gəncə şəhərində Ekoloji Park Kompleksinin növbəti mərhələsi ilə bağlı işlər görüləcək.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu layihə ilə bağlı hazırlıqlara başlayıb.
Şəhərin Əli Məmmədov küçəsində yerləşən Ekoloji Park Kompleksi və onun ətrafında növbəti abadlıq işləri aparılacaq. Bu işlərin icrasının təxminən 6 milyon 240 min 530 manat (6.240.530,30 AZN) məbləğində başa gələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Gəncə şəhərində salınan Ekoloji Park Kompleksi Qərb bölgəsində ilk belə layihə olub. Kompleksin tikintisinə və ətrafındakı abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.
Fuad Mədətov
Fins.az