Yapon təkər istehsalçısı Bridgestone Corp. 300 milyard yen (təxminən 2 milyard dollar) dəyərində olan səhmləri geri almağı planlaşdırır.
Finss.az xəbər verir ki, Şirkətdən verilən məlumata görə, qiymətli kağızların geri alınması fevralın 20-dən dekabrın 23-dək baş tutacaq. Ümumilikdə Bridgestone öz səhmlərinin təxminən 11%-ni geri almağı planlaşdırır.
2024-cü ildə şirkətin xalis mənfəəti 12,8% azalaraq 285 milyard yen (1,9 milyard dollar), gəliri isə 2,7% artaraq 4,43 trilyon yen olub.
Bridgestone dünyanın ən böyük təkər istehsalçılarından biridir. Şirkət dünyanın 150-dən çox ölkəsində fəaliyyət göstərir və 130 min işçisi var.