Britaniya bankının yeni baş direktoru Georges Elhederi 2024-cü ilin oktyabrında HSBC-nin əsaslı şəkildə yenidən təşkil olunacağını elan etdi. 2025-ci il yanvarın 1-dən bankın təşkilati strukturu dəyişdirildi, biznesi dörd bölməyə bölündü: Honq-Konq, Böyük Britaniya, korporativ və institusional bankçılıq, qlobal sərvətlərin idarə edilməsi.
Finss.az xəbər verir ki, o zaman Elhederi bildirib ki, yenidən təşkilatlanma “daha sadə, daha dinamik və çevik bir təşkilat” yaradacaq. HSBC səhmləri yenidən təşkil olunduğu elan edildikdən sonra 30% bahalaşıb.
Yanvar ayında məlum oldu ki, HSBC başlamış yenidən təşkilin bir hissəsi kimi Böyük Britaniya, Avropa və ABŞ-da investisiya bankçılığı əməliyyatlarının bir hissəsini dayandırmaq niyyətindədir. Maliyyə institutu birləşmə və satınalmaların (MA) təşkili istiqamətini, eləcə də bu bazarlarda səhmlərin yerləşdirilməsini bağlayacaq. O, Asiya və Yaxın Şərqdə MA və səhm yerləşdirmə əməliyyatlarını saxlayacaq.
Son 12 ayda HSBC-nin bazar kapitallaşması 36% artıb.