ABŞ-ın Milli Şirniyyatçılar Assosiasiyası (NCA) ABŞ-da Sevgililər Günündə (14 fevral) şokolad və müxtəlif növ şirniyyatların satışının 2025-ci ildə 3% artacağını proqnozlaşdırır.
Finss.az xəbər verir ki, bu bayram ərəfəsində şirniyyat satışlarının həcmi təxminən 4 milyard dollar qiymətləndirilir.
Amerikalıların 91 faizi Sevgililər Gününü qeyd etməyi planlaşdırır, NCA öz sorğusuna istinadən bildirir. Respondentlərin 92%-i bu bayramda şokolad və ya digər şirniyyatlar almaq istədiklərini bildiriblər.
Daha əvvəl ABŞ-ın Milli Pərakəndə Satış Federasiyası (NRF) bildirmişdi ki, amerikalıların Sevgililər Günündə ümumi xərcləri bu il rekord həddə artaraq 27,5 milyard dollara çatacaq. Eyni zamanda respondentlərin 35%-i restorana, teatra və ya kinoya getməyi, 22%-i isə zinət əşyaları hədiyyə etməyi planlaşdırır.