Neft qiymətləri cümə günü bir qədər yüksəkdir və həftəni bir qədər yüksələ bilər.
Finss.az xəbər verir ki, treyderlər ABŞ prezidenti Donald Trampın xarici ticarət sahəsində atdığı yeni addımları qiymətləndirirlər. Həmin ərəfədə Tramp administrasiyasına Amerika mallarına idxal rüsumlarından və digər ticarət maneələrindən istifadə edən ABŞ-ın bir sıra ticarət tərəfdaşlarına qarşı cavab tədbirləri tətbiq etməyi nəzərdən keçirməyi tapşırıb.
Moskva vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 75,25 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,23 dollar (0,31%) bahadır. Cümə axşamı günü bu müqavilələr 0,16 dollar (0,2%) azalaraq 75,02 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,16 dollar (0,22%) artaraq bir barelə görə 71,45 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,08 dollar (0,1%) azalaraq bir barel üçün 71,29 dollar təşkil edib.